Misir Qəzza ilə sərhədi açır
27 Mart 2014 Cümə Axşamı 06:33
Şənbə günü Misir Qəzza ilə sərhədi açmağa hazırlaşır. Gediş yalnız daimi yaşayış yerinə və ya xaricə təhsil almağa gedənlərə icazə veriləcək.
ANS PRESS-in məlumatına görə, son 2 aya yaxın idi ki, Qəzza ilə sərhəd bağlı idi. Misir hakimiyyəti tez-tez və uzun müddətə “Rəfah” keçidini bağlayırdılar. Buna səbəb olaraq onlar fələstinliləri Sina yarımadasında fəaliyyət göstərən islamçı-hərbçilərlə əlaqədə olmaqda və devrilmiş prezident Məhəmməd Mürsiyə dəstək verməkdə gümahlandırırdılar. “Rəfah” keçidi Qəzza sektorunun 1,5 milyon əhalisi üçün xarici aləmə yeganə çıxış qapısıdır.
Bu dəfə sərhədi üç günlüyə şəxslərin məhdud dairəsi üçün bağlı açacaqlar. “Misir hakimiyyəti şənbə günündən bazar ertəsinə kimi keçidi açacaq. Gedişə yalnız daimi yaşayış yerinə və ya xaricə təhsil almağa gedənlərə icazə veriləcək”,-deyə Qəzza islam hökumətinin Sərhəd keçid idarəsinin bəyanatında bildirilir. İdarənin məlumatına görə, Qəzza sektorunu 6 mindən çox insan tərk etməyə hazırlaşır. Misir hakimiyyəti "Rafah Keçid-nəzarət" Məntəqəsinin bağlanması ilə yanaşı yüklərin və insanların gizli daşınması üçün istifadə edilən və birgə sərhədi altından keçən yüzlərlə tuneli məhv edir.
Martın əvvəlində Misir Həmas hərəkatına öz ərazisində fəaliyyəti qadağan edib.
DOSTLARINLA PAYLAŞ: