Misir qarışdı, 31 ölü
27 İyul 2013 Şənbə 10:59
Mursi terefdarları ile polisler arasında toqquşma olub.
Misirdə etiraz aksiyaları davam edir. ANS PRESS-in "Reuter"ə istinadən verdiyi məlumata görə, "Müsəlman qardaşları" 31 tərəfdarının aksiyalardakı qarşıdurmaların qurbanı olduğunu elan edib. Azı 175 nəfərin isə yaralandığı qeyd edilir. "Müsəlman qardaşları"nın nümayəndəsi Cihad əl-Haddadanın sözlərinə görə, yaralananlar əsasən odlu silah xəsarətləri alıblar.
Hələlik toqquşlamalrla bağlı məlumat rəsmi səviyyədə təsdiqlənməyib.
Qeyd edək ki, kütləvi nümayişlər ötən gün cümə namazından sonra başlayıb. Devrilən prezident Məhəmməd Mursinin tərəfdarları Rabaa əl-Adaviyə məscidinin ətrafına toplaşıblar.
Mursiyə qarşı olanlar isə onlardan bir necə kilometr aralıda Təhrir meydanında gecələyiblər.
DOSTLARINLA PAYLAŞ: