Misir prezidenti referendumu təxirə salmağa razılaşdı
08 Dekabr 2012 Şənbə 02:17
Məhəmməd Mursi müxalifətin əsas tələblərindən birini yerinə yetirmək üzrədir.
Misir prezidenti Məhəmməd Mursi Konstitusiya ilə bağlı dekabrın 15-inə təyin edilmiş referendumu təxirə salmağa hazır olduğunu bəyan edib. ANS PRESS-in “Frans Press”ə istinadən verdiyi məlumata görə, bunu ölkənin vitse-prezidenti bildirib. Onun sözlərinə görə, bunun üçün müxalifət nümayəndələri bu qərarın hüquqi nəticələrinin olmayacağına təminat verməlidirlər. Konstitusiya bəyannaməsində referendumun Konstitusiya layihəsi prezidetn tərəfindən təsdiqləndikdən ən geci iki həftə sonra keçiriliməi nəzərdə tutulur.

Referendumun təxirə salınması Misir müxalifətinin əsas tələblərindən biridir. Xatırladaq ki, müxalifət liderləri Məhəmməd Mursinin bu gün dialoqa başlamaqla bağlı təklifini rədd ediblər. Onlar danışıqlara başlamaq üçün üç şərt irəli sürüblər: Məhəmməd mursinin diktatorluq səlahiyyətlərindən imtinası, referendumun ləğvi və ya başqa vaxta keçirilməsi, nümayişçilərə qarşı zorakılıqların müstəqil araşdırılması. Məhəmməd Mursi əvvəlcə bu şərtləri yerinə yetirməkdən imtina etsə də, müxalifət nümayəndələri ilə danışıqlara hazır olduğunu bildirmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar