Misir prezidenti İsrailə qaçmağa hazırlaşır
29 Yanvar 2011 Şənbə 21:55
Səudiyyə Ərəbistanı Hüsnü Mübarəki qəbul etməkdən imtina edib.
Misirdə növbədən kənar seçkilərin keçirilməsi gözlənilmir. Bunu Misir parlamentinin spikeri Əl-Arabiya telekanalına müsahibəsində bildirib. Qeyd edək ki, ölkədə nümayişçilərin əsas tələblərindən biri növbədən kənar seçkilərin keçirilməsidir. Misirdə prezident seçkilərinin keçirilməsi bu ilin sentyabr ayına təyin edilib.
Əl-Cəzira telekanalı isə Misirin İrsaildəki səfirliyinə istinadən xəbər verir ki, İsrail hakimiyyəti Misir prezidenti Hüsnü Mübarəki qəbul etməyə hazırlaşır. Telekanalın məlumatına görə, Səudiyyə Ərəbistanı Hüsnü Mübarəki qəbul etməkdən imtina edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: