Misir polisi nümayişçilərə müdaxilə etdi
16 İyul 2013 Çərşənbə Axşamı 04:14
Hadisə yerində olan "Anadolu" agentliyinin müxbiri yaralanıb.
Misirdəki Ramzes meydanında nümayiş keçirən qrupa polis müdaxilə edib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, nümayişçilər Ramzes meydanından Nasır Siti istiqamətinə yürüyüş etmək istəyib.

Nümayişçilərlə polis arasında qarşıdurma yaşanıb. Polis aksiyaçılara qaz və göz yaşardıcı bomba ilə müdaxilə edib.

Aksiyaçılar meydanda barikadalar qurub və iri təkərlər yandırıblar.

Qeyd edək ki, hadisə yerində olan “Anadolu” agentliyinin fotoqraf müxbiri Məhəmməd Əl Şami gözyaşardıcı bombanın ayağına dəyməsi nəticəsində sol ayağından yaralanıb. Şami, meydandakı digər jurnalistlər tərəfindən xəstəxanaya aparılıb. Onun vəziyyətinin yaxşı olduğu bildirilir.








DOSTLARINLA PAYLAŞ:

oyunlar