Misir polisi Əl Cəzirə ofisinə basqın etdi. “Al Jazeera Mubasheer Egypt” kanalının avadanlıqları müsadirə olunub.
Misir polisi “Əl Cəzirə” telekanalının Qahirədəki ofislərində axtarış aparıb və avadanlıqları müsadirə edib. Bu, Misir hüquq-mühafizə orqanlarının ay ərzində sayca ikinci reydidir. Məlumatı Qətərin peyk telekanalı yayıb.
Beynəlxalq xəbərləri canlı yayımla verən “Al Jazeera Mubasheer Egypt” kanalının ofisində bu ayın əvvəlində təhlükəsizlik xidməti əməkdaşları tərəfindən axtarış aparılmışdı. O vaxt bəyan edilmişdi ki, telekanalın müvafiq lisenziyası yoxdur.
Hüqkq müdafiəçiləri iddia edirlər ki, “Əl Cəzirə”nin ofislərinə edilən basqınlar KİV-in boğulmasının bir hissəsidir. Misir hökuməti isə KİV-də senzura tətbiq etməyə cəhd göstərməsi barədə iddiaları təkzib edir. Rəsmi Qahirə bəyan edib ki, “Al Jazeera Mubasheer Egypt” kanalının Misir ərazisində yayım üçün müvafiq sənədləri yoxdur. ANSPRESS