Misir ordusu söz verdi
01 Fevral 2011 Çərşənbə Axşamı 11:25
Nümayişçilərə qarşı gücdən istifadə ediməyəcək
Misir ordusu nümayişçilərə qarşı gücdən istifadə etməyəcək. Bu barədə ölkənin güc strukrutlarının rəsmi məlumatında bildirilir. "Reuters"in məlumatına görə, yayılan bəyanatda "Sülh şəraitində söz azadlığına hamı üçün təminat verilir", deyə qeyd olunub.

Qeyd edək ki, əvvəl Misirin Müdafiə Nazirliyinin nümayəndəsi prezident Hüsnü Mübarəkin istefası tələbi ilə çıxış edən nümayişçilərə qarşı gücdən istifadə ediləcəyini bildirmişdi.

Bu gün Misirin paytaxtı Qahirədə ən böyük etiraz aksiyasının keçirilməsi planlaşdırılıb. Müxalifətin milyona yaxın tərəfdarının nümayişə çıxması gözlənilir. Hakimiyyət isə öz növbəsində əhalini sakitliyi qorumağa və kütləvi nümayişlərdə iştirakdan çəkinməyə çağırıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar