Misir ordusu Qezza tunellerini partlatmağa başladı
09 Sentyabr 2013 Bazar Ertəsi 07:06
Sina yarımadası ile Qezza bölgesini birleşdiren tuneller dağıdıldı.
Misir hərbçiləri Qəzza bölgəsi ilə sərhəddə yerləşən və terrorçular tərəfindən istifadə edilən 6 yeraltı tunelləri partladılıb.
ANS PRESS-in İtar-Tass-a istinadən verdiyi xəbərə görə, rəsmi Qahirə hesab edir ki, dağıdılan tunellər vasitəsi ilə yerli fələstinlilər və qaçaqmalçılar Qəzza bölgəsindən Sina yarımadasına silah, ərzaq və digər mallar daşıyırdılar. Ordu komandanlığı, artıq bölgəyə nəzarətin tam təmin olunduğunu bildirib.
Qeyd edək ki, yarımadanın şimalında Misir ordusunun terror bazalarına qarşı keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində 300 silahlı ekstremist saxlanılıb, 11 hərbçi isə həlak olub.
DOSTLARINLA PAYLAŞ: