Misir ordusu dövlet telekanalını ele keçirdi
03 İyul 2013 Çərşənbə 19:12
Misir ordusu dövlet telekanalını ele keçirdi. Prezident Mursi ise geri addım atmayacağını açıqlayıb.
Misir silahlı qüvvələri tərəfindən prezidenti Məhəmməd Mursiyə verilə məlum ultimatumun dolmasına az qala ordu Misir dövlət televiziyasının Qahirə studiyasını ələ gecirib. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu zaman canlı yayımda vəzifəsini yerinə yetirən TV personalı binanı tərk edib.
Qeyd edək ki, Misir prezidenti Məhəmməd Mursi ordunun proseslərə müdaxilə edəcəyi təqdirdə geri bir addım belə atmayacağını açıqlayıb.
DOSTLARINLA PAYLAŞ: