Misir ordusu 16 nəfəri öldürdü
05 Sentyabr 2014 Cümə 09:05
Misir təhlükəsizlik gücləri tərəfindən təşkil edilən əməliyyatlarda ordunun 6 tuneli dağıtdığı, 16 silahlı adamı öldürdüyü, 104-nü nəzarətə götürdüyü bildirilib.
Misir təhlükəsizlik gücləri tərəfindən təşkil edilən əməliyyatlarda ordunun 6 tuneli dağıtdığı, 16 silahlı adamı öldürdüyü, 104-nü nəzarətə götürdüyü bildirilib.

ANS PRESS-in məlumatına görə, ordu sözçüsü Məhəmməd Səmir rəsmi “Facebook” səhifəsində yazdığı şərhdə, ordunun 30 avqust - 3 sentyabrda təşkil etdiyi əməliyyatlarda 16 silahlını öldürdüyünü ifadə edib. Səmir əməliyyatlarda 104 nəfərin də nəzarətə götürüldüyünü qeyd edib.

Bundan başqa terror hərəkətlərində istifadə olunan silah-sursat, partlayıcı maddə və motosikletin ələ keçirildiyini qeyd edən Səmir, Sina yarımadasının şimalındakı Rifah şəhərində 6 tunelin təhlükəsizlik gücləri tərəfindən dağıdıldığını əlavə edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar