Misir müxalifəti şəhər tutdu
08 Dekabr 2012 Şənbə 00:58
Hüsnü Mübarəkə qarşı inqilabın beşiyi sayılan şəhərin müstəqilliyi elan edildi.
Misir müxalifəti Əl Məhəllət əl Kübra şəhərinin müstəqilliyini elan edib. Bu şəhər Hüsnü Mübarək rejiminin süqutu ilə nəticələnən inqilabın beşiyi sayılır. ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Qahirənin 100 kilometr şimalında yerləşən və 450 min nəfər əhalisi olan bu şəhərdə 2009-cu ildə “6 aprel hərəkatı” yaranıb və hakimiyyət əleyhinə ilk böyük nümayişlər keçirilib.

Ötən gün təxminən 5000 nəfərlik kütlə şəhər administrasiyasının binasını ələ keçirib və birləşmiş müxalifətin - Milli Xilas Cəbhəsinin transparantını asıb.

İnqilab komitələri sosial şəbəkələrdə yerləşdirdikləri bəyanatlarda Əl Məhəllət əl Kübranın Qərbiyə əyalətindən, eləcə də, bütövlükdə Misirdən ayrıldığını elan ediblər. Separatçılar özlərinin prezident hakimiyyətlərini yaratdıqlarını bəyan ediblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar