Misir MSK 10 namizədi prezident seçkilərindən kənarlaşdırdı
15 Aprel 2012 Bazar 00:59
Bu radikal qərarın səbəbləri açıqlanmayıb.
Misirin Mərkəzi Seçki Komissiyası 10 namizədi prezident seçkilərindən kənarlaşdırıb. ANS PRESS-in BBC-yə isinacən verdiyi məlumata görə, prezidentlik kürsüsü uğrunda mübarizədən kənarlaşdırılanlar arasında “Müsəlman qardaşları” hərəkatından olan namizəd Xeyrat Şater və kəşfiyyat xidmətinin keçmiş rəhbəri Ömər Süleyman da var.

MSK sədri Fərrux Sultan bu qərarın səbəblərini açıqlamayıb. Seçki prosesindən uzaqlaşdırılan namizədlərin şikayət vermək üçün 48 saat vaxtı var.

Qeyd edək ki, Misirdə prezident seçkilərinin birinci turu gələn ay keçirilməlidir. Əgər ilk turda qalib müəyyənləşməsə, Misir prezidentinin adı iyunda keçiriləcək ikinci turdan sonra bəlli olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar