Misir İordaniyaya verdiyi təbii qazı kəsdi
21 Sentyabr 2013 Şənbə 04:02
İordaniyanın enerji sahəsinə 320 milyon dollar ziyan vurulub.
Misirdə dövlət çevrilişi və Suriyada gedən vətəndaş müharibəsi İordaniya iqtisadiyyatına güclü zərbə vurub.

ANS PRESS-in Trthaber.com-a istinadən verdiyi xəbərə görə, bunu İordaniya Enerji və Təbii Sərvətlər naziri Doktor Məhəmməd Hamid bildirib.

Nazir qeyd edib ki, Misir iyul ayında baş verən qəza səbəbindən İordaniyaya verdiyi təbii qazın verilişini dayandırdıqdan sonra, ölkə rəhbərliyi elektrik istehsalını daha bahalı olan dizel yanacağı vasitəsi ilə davam etdirmək məcburiyyətində qaldı: "Misirin təbii qaz sektoru İordaniyanın elektrik istehasılına təsir edən əsas ünsürlərdən biri idi. Təbii qazın kəsilməsi İordaniyada elektrik istehsalında xərcləri əhəmiyyətli dərəcədə artırdı. İlin sonun qədər ölkəyə dəyən ziyan təxminən 320 milyon dollar olacaq".

Onun sözlərinə görə, İordaniyaya zərbə vuran amillərdən biri də Suriya qaçqınlarına çəkilən xərclərin 500 milyon dolları ötməsi olub. O, bildirib ki, yalnız Suriya qaçqınlarına sərf olunan enerjinin dəyəri 90 milyon dolları ötüb.

Enerji sahəsində regional əlaqələrin əhəmiyyətindən danışan nazir, yaxın gələcəkdə Türkiyə, Səudiyyə Ərəbistanı və İraqla enerji sahəsində əməkdaşığı artırmaq fikrində oludqlarını deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar