Misir hökuməti istefaya getdi
22 Noyabr 2011 Çərşənbə Axşamı 00:31
Ölkəni idarə edən hərbi xunta istefa müraciətini nəzərdən keçirir.
Misirin paytaxtı Qahirədə polis və nümayişçilər arasında baş verən qanlı toqquşmalardan sonra baş nazir İsam Şərəfin başçılıq etdiyi ölkə hökuməti istefaya gedib. BBC-nin məlumatına görə, ölkəni idarə edən Silahlı Qüvvələrin Ali Şurası istefa müraciətini nəzərdən keçirir.

“Ölkədəki çətin böhran şəraitini nəzərə alaraq, istefa qəbul edilənədək hökumət səlahiyyətlərinin icrasını davam etdirəcək”, - “İnterfaks”ın məlumatına görə, bunu hökumətin nümayəndəsi bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar