Misir həbsxanalarından minlərlə məhkum qaçıb
30 Yanvar 2011 Bazar 05:35
Misir ordusu təhlükəsizlik məqsədilə Qahirə və İsgəndəriyyə arasındakı avtomobil yolunu bağlayıb.
Minlərlə məhkum Misirdəki iğtişaşlardan istifadə edərək, həbsxanalardan qaçıb. Ölkənin bir neçə şəhərindəki həbsxanaları 5000-ə yaxın məhkumun tərk etdiyi bildirilir. Həbsxanalardan birindəki qiyam zamanı təhlükəsizlik xidmətinin rəisi öldürülüb.

Misir ordusu təhlükəsizlik məqsədilə ölkənin iki iri şəhəri - Qahirə və İsgəndəriyyə arasındakı avtomobil yolunu bağlayıb. Cinayətkarların azadlıqda qalması ölkədəki kriminogen vəziyyətin daha da çətinləşəcəyindən xəbər verir.

İğtişaşların mərkəzi Qahirədir. Paytaxtda həbsxanadan qaçmaq istəyən 8 məhkum öldürülüb. Misirin Müdafiə Nazirliyi bəyan edib ki, yaşayış rayonlarının soyğunçular və digər cinayətkarlardan qorunması üçün müxtəlif şəhərlərə əlavə qoşun şissələri göndəriləcək. Misir ordusunun nümayəndəsi televiziya ilə çıxış edərək, ölkə vətəndaşlarından komendant saatına əməl etməyi tələb edib. Qahirə, İsgəndəriyyə və Süveyşdə saat 16.00-dan səhər 08.00-adək komendant saatı elan edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar