Misir etirazlarında 41 nəfər həbs edildi
21 Oktyabr 2013 Bazar Ertəsi 05:42
Onlar ictimai asayişi və sakitçiliyi pozduqları üçün polislər tərəfindən nəzarət altına alınıblar.
Misirdə keçirilən etiraz aksiyaları zamanı 41 tələbə həbs edilib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Əl-Əzhər universiteti qarşısında təşkil edilən nümayiş zamanı tələbələr ictimai asayişi və sakitçiliyi pozduqları üçün polislər tərəfindən nəzarət altına alınıblar.
Rəsmilərin verdikləri məlumata görə, üniversitetin həyətinə girməyə çalışan qrup üzvləri polisə daş parçaları atıb. Nəticədə tərəflər arasında qarıdurma yaşanıb. Etirazlar səbəbindən Qahirənin mərkəzini şərqi ilə birləşdirən Nəsr yolu nəqliyyata bağlanıb. Polisin nümayişçiləri dağıtmasından sonra yol yenidən istifadəçilər üçün açılıb.
DOSTLARINLA PAYLAŞ: