Misir Baş Qərargah rəisi Amerikadadır
29 Yanvar 2011 Şənbə 05:40
Hərbçilərdən ibarət heyətə sədrlik edən generalın tezliklə ölkəsinə qayıtması planlaşdırılır.
Ölkədə xalq üsyanlarının baş verdiyi bir vaxtda Misir Baş Qərargah Rəisi general Sami Hafiz Ananın Amerikada olduğu məlum olub. ANS PRESS “İnternethaber”ə istinadən xəbər verir ki, ABŞ-da rəsmi səfərdə olan hərbçilərdən ibarət heyətə sədrlik edən generalın tezliklə ölkəsinə qayıtması planlaşdırılır.
ABŞ Baş Qərargah rəisinin müavini general Ceyms Kartrayt keçirdiyi mətbuat kopnfransında misirli general S. H. Ananın Amerikada olduğunu və onun Misirə qayıdacağını deyib.
ABŞ Müdafə Nazirliyinin mətbuat sözçüsü Devid Lapa isə 25 nəfərdən ibarət hərbi heyətin Misir hökuməti tərəfindən geri çağırıldığını bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: