Mişel Obamanın yeni Aparat rəhbəri
06 Yanvar 2011 Cümə Axşamı 00:30
Tina Çen ABŞ prezidentinin köməkçisinin müavini işləyirdi
ABŞ prezidentinin köməkçisinin, Ağ Evdə cəmiyyətlə dialoqun inkişafı və qadın məsələri üzrə şuralara rəhbərlik edən Tina Çen Birləşmiş Ştatların birinci xanımının Aparat rəhbəri təyin edilib. Məlumatı Mişel Obamanın ofisi yayıb.

Mişel Obamanın keçmiş Apparat rəhbəri Süzan Şer 2011-ci ilin əvvəlində bu vəhifələ iki illik fəaliyyətdən sonra istefaya gedib. Onun istefasının səbəbi açıqlanmayıb. Lakin Mişel Obama bir müddət əvvəl bəyan etmişdi ki, Süzan Şer Çikaqoya qayıtmağı çoxdan planlaşdırırmış.

ABŞ-ın birinci xanımının ofisinin yaydığı məlumatda deyilir ki, yeni Aparat rəhbəri təyin edilən Tina Çen qadın məsələri üzrə Şuraya rəhbərliyi davam etdirəcək.

Mişel Obama da bəyanla çıxış edərək, Tina Çeni yeni vəzifədə salamlayıb və bəyan edib ki, onun əvvəlki vəzifələrdəki təcrübəsi yeni vəzifədə də faydalı olacaq: “Mən Süzan Şerə əvəz axtararkən lazımi təcrübəyə malik adam axtarırdım. Artıq 20 ildir tanıdığım Tinanı seçdim. Onunla məhsuldar fəaliyyətə- o cümlədən, kampaniya çərçivəsində (uşaqlar arasında piylənməyə qarşı mübarizə üzrə)- inanıram”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar