Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama Böyük Britaniya kraliçası ilə görüşdə protokol qaydalarını pozub. Belə ki, kraliça Yelizavetanın "Böyük 20-lik" ölkələrinin liderlərinin və onların həyat yoldaşlarının şərəfinə təşkil etdiyi qəbulda, Mişel Obama kraliçanı çiynindən qucaqlayıb. Protokol qaydalarına əsasən, kraliçaya toxunmaq qadağandır və bu, Böyük Britaniyada ciddi pozuntu hesab edilir. Bu vaxtadək bu cür protokol qaydasını yalnız Avstraliyanın keçmiş Baş naziri Pol Kitinq 1992-ci ildə Yelizavetanı qucaqlayaraq pozmuşdu.
Barak Obamanın özü də, sammit çərçivəsində bəzi protokol qaydalarını pozub. Belə ki, sammitə maşınların üzərində ölkə bayraqlarının yerləşdirilməməsi barədə razılıq əldə edilməsinə baxmayaraq, ABŞ prezidentinin avtomobilində Böyük Britaniya bayrağı ilə yanaşı öz ölkəsinin də bayrağı olub./ANS PRESS/