Mişel Obama planını dəyişməyə məcbur oldu
25 Aprel 2014 Cümə 00:11
ABŞ-ın birinci xanımı Mişel Obama məktəb məzunlarının mükafatlandırılması mərasimində çıxış etməyəcək.
ABŞ-ın birinci xanımı Mişel Obama may ayında Kanzasın paytaxtı Topik şəhərində məktəb məzunlarının mükafatlandırılması mərasimində çıxış etməyəcək.
ANS PRESS-in məlumatına görə, buna səbəb giriş biletlərinin çatışmazlığına etirazlar səbəb olub.
Bu barədə Ağ Evdən bildiriblər. Birinci xanımın görüş cədvəlinə görə Mişel Obama Topikdə mərasimdən bir gün qabaq çıxış edəcək.
Daha öncə 1700-dən artıq adam petisiya imzalayaraq birinci xanımın çıxışının vaxtını dəyişməyi tələb etmişdi. Çünki təhlükəsizlik tədbirləri iştirakçıların sayını azaltmağı tələb edir.
Mərasim isə eyni vaxtda 5 məktəb üçün nəzərdə tutulub və 8 min adamı əhatə etməlidir.
DOSTLARINLA PAYLAŞ: