Mişel Obama həyat yoldaşı ilə niyə qürur duyur?
09 Fevral 2011 Çərşənbə 04:00
Birləmiş Ştatların birinci xanımı buna görə həyat yoldaşı ilə qürur duyur
ABŞ prezidenti Barak Obama bir il ərzində bir dənə də siqaret çəkməyib. Bunu jurnalistlərə fəxrlə Birləşmiş Ştatların birinci xanımı Mişel Obama deyib. O, bildirib ki, həyat yoldaşı həmişə siqareti atmağı arzulayıb.
Mişel Obama etiraf edib ki, Barak Obama ilə qürur duyur, amma siqareti atmasının səbəblərini heç vaxt soruşmayıb: “Mən buna fikir verməmişəm. Əgər kimsə düzgün hərəkət edirsə, bununla zarafat etmək olmaz”.
Qeyd edək ki, Barak Obama hələ iki il əvvəl həyat yoldaşına söz veribmiş ki, seçkiqabağı mübarizədə onu dəstəkləsə, siqareti atacaq. Prezidentin köməkçiləri tiraf ediblər ki, Barak Obamaya zərərli vərdişdən xilas olmağa yardım etmək üçün özləri ilə nikotin əleyhinə saqqız gəzdirirlər.
Barak Obamanın özü tütün əleyhinə qanunun qəbulu ilə bağıl çıxışında öz təcrübəsindən də danışmışdı. O, statistik məlumatlara istinadən bildirmişdi ki, siqaret çəkənlərin 90 faizi ilk siqaretin dadına 18 və daha aşağı yaşlarda baxırlar: “Mən də belə yeniyetmələrdən biri olmuşam. Əgər uzun müddətdir sizinlə birlikdədirsə bu vərdişdən xilas olmağın nə qədər çətin olduğunu bilirəm”.
DOSTLARINLA PAYLAŞ: