Mir Hüseyn Musəvi: Xalqımın azadlığı uğrunda ölməkdən qorxmuram
01 Yanvar 2010 Cümə 18:05
Mir Hüseyn Musəvi hakimiyyətə mesaj göndərdi: "Xalqımın azadlığı uğrunda ölməkdən qorxmuram"
İran müxalifətinin liderlərindən biri olan Mir Hüseyn Musəvi hakimiyyətə müraciət ünvanlayıb. O, ölkənin dərin böhran vəziyyətində olduğunu bildirib.

Müxalifət lideri hakimiyyəti 2009-cu il iyun seçkilərindən sonra həbs olunan tərəfdarlarını azad etməyə çağırıb. Musəvinin bu müraciəti 31 dekabr tarixində onun İnternet saytında yerləşdirilib.

Musəvinin sözlərinə görə, ölkənin güc strukturları onu və islahatçıların digər lideri Mehdi Xaruvini aradan götürsələr belə, bu vəziyyəti yoluna qoymayacaq.

“Mən xalqın iradəsini həyata keçməsi naminə ölməkdən qorxmuram. Seçkilərə dair qanunu dəyişmək, əsas isə siyasi məhbusları həbsdən azad etmək lazımdır”, - deyə o bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar