Miqrarantlara alternativ sərfəli bazar ola bilər
27 Oktyabr 2013 Bazar 11:12
Ukraynada azad ticarət zonasının yaradılması və Avropa İttifaqı ölkələri ilə vizasız rejimin tətbiqi güclü miqrasiya dalğasına səbəb ola bilər.
Ukrayna əmək bazarı tezliklə əmək miqrantları üçün sərfəli iş yeri ola bilər. ANS PRESS-in Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, Qorşev adına İnstitutun eksperti Vladimir Zastava hesab edir ki, əgər azad ticarət zonası yaradılsa və Aİ ölkələri ilə vizasız rejim tərbiq olunsa, onda Ukrayna yaxın ölkələrdən gələn əmək miqrantları üçün sərfəli əmək bazarına çevriləcək.

O bunu onunla izah edir ki, ukraynalılar kütləvi halda iş axtarmaq üçün Aİ ölkələrinə gedəcək və dövlətdə bu zaman çoxlu iş yerləri azad olacaq. Bundan başqa, ekspertlər inanırlar ki, Gömrük İttifaqından sərmayədarlar böyük bir ehtimalla öz istehsalat müəssisələrini Ukrayna ərazisində açmaq istəyəcəklər. Bununla yanaşı, əmək miqrasiyası mərkəzinin inkişaf etməsi hələ uzaq məsələdir.

Zastavanın sözlərinə görə, yaxın illərdə Ukraynada iş barəsində vəziyyət az dəyişəcək. Rusiya ukraynalılar üçün ən məşhur məşğulluq ölkəsi olmağa davam edəcək. Rusiya Federal Miqrasiya Xidmətinin hesablamalarına görə, keçən il Ukraynadan Rusiyaya 2 milyon 850 min işçi qüvvəsi gəlib. Ümumilikdə, Rusiyada 11 milyona yaxın ukraynalı işləyir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar