Miqrant sürücülərə Rusiyadan xoş xəbər
25 Aprel 2014 Cümə 21:00
Xarici sürücülük vəsiqəsinə malik sürücülərin Rusiyada işləməsinə qoyulan qadağaya möhlət müddəti uzadıldı.
Rusiya Dövlət Duması xarici sürücülük vəsiqəsinə malik sürücülərin Rusiyada işləməsinə qoyulan qadağaya möhlət müddətini 1 iyun 2015-ci ilə qədər uzadıb.

ANS PRESS-in məlumatına görə, əslində möhlət müddəti 7 may 2014-cü ildə başa çatmalı idi. Dumanın bu qərarı hökumətin xarici vəsiqələrin Rusiya vəsiqələrinə əvəzlənməsi qaydalarını işləyib başa çatdırmaması ilə bağlı olub.

“Mayın yeddisinə iki həftədən az qalır. Dəyişmə qaydası hələ işlənməyib. Qaydalar sürücülərin tədrisi və təkmilləşdirilməsi üzrə yeni yanaşmanı əhatə etməlidir. Bütün bunlar yol hərəkəti qaydaları üzrə Vyana konvensiyasına edilən son dəyişikliklərə uyğun şəkildə gerçəkləşdirilir”,- deyə Dumanın nəqliyyat komitəsinin sədri Yevgeni Moskviçev bildirib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar