Minsk qrupunun həmsədrləri bəyanat verdilər
18 Mart 2011 Cümə 00:37
Onlar tərəfləri növbəti dəfə snayperləri təmas xəttindən çıxarmağa israrla çağırıblar
ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin tərəflərini Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçi görüşünün danışıqlar prosesinə verdiyi müsbət impulsdan istifadə etməyə çağırıb. Minsk qrupu həmsədrlərinin ATƏT-in saytanda yerləşdirilmiş bəyanatında belə deyilir. “ATƏT-in Minsk qrpunun Fransa, ABŞ və Rusiyadan olan həmsədrləri Bernar Fasye, Robert Bradtke və İqor Popov, Dağlıq Qarabağ münaqişəsinin prinsiplər əsasında nizamlanması üçün razılaşmanın əldə edilməsində irəliləyişə nail olmaq üçün tərəfləri diqqəti prioritet məsələlərə yönəltməyə çağırır”, - deyə bəyanatda bildirilir.

Bəyanatda dyilir ki, həmsədrləri Bakı, İrəvan və Xankəndinə martın 15-17-də etdikləri səfər zamanı tərəfləri Soçi görüşündə əldə edilən müsbət impulsdan istifadə etməyə çağırıblar. Vasitəçilər səfər çərçivəsində Soçidə atəşkəs rejiminin pozulması hallarının araşdırılması ilə bağlı qəbul edilmiş bəyanatdakı öhdəliklərin yerinə yetirilməsi üçün tərəflərin konkret tədbirlərini də müzakirə ediblər. Həçmsədrlər qeyd ediblər ki, Soçi görüşündən əvvəl və sonra təmas xəttində baş verən son hadisələr belə bir mexanizmin yaradılmasının vacibliyini nümayiş etdirib. Onlar tərəfləri atəşkəs reximinə əməl etməyə çağırıblar. Həmsədrlər özlərinin snayperlərin təmas xəttindən çıxarılması ilə bağlı son təkliflərini xatırladıblar və təəssüfləndiklərini bildiriblər ki, bu təkliflər hələ də reallaşmayıb. Onlar tərəfləri təklifləri qəbul etməyə növbəti dəfə israrla çabırıblar. Həmsədrlər hesab edir ki, bu, günahsız insanların həyatanı xilas edə bilər.

Bəyanatda o da deyilir ki, həmsədrlər ATƏT-in Minsk qrpunun missiyasının qiymətləndirici hesabatını prezidentlərə və Dağlıq Qarabağ separatçı rejiminə təqdim ediblər. Onlar qeyd ediblər ki, martın 23-də Vyanada mətbuat konfransı keçirəcəklər və o vaxta qədər heç bir kütləvi şərh verməyəcəklər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar