Minsk Qrupunun həmsədri Estoniyada səfir ola bilər
22 Fevral 2010 Bazar Ertəsi 15:35
Rusiyanın bu ölkədəki hazırki səfiri Nikola Uspenskinin səlahiyyət müddəti başa çatmaq üzrədir
Rusiyanın Estoniyadakı yeni səfiri ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupunun həmsədri Yuri Merzlyakov ola bilər.
Rusiyanın Estoniyadakı hazırki səfiri Nikola Uspenskinin səlahiyyət müddəti tezliklə başa çatır və onun postuna ehtimal olunan namizəd Y. Merzlyakovdur.
Yuri Nikolayeviç Merzlyakov əvvəllər Rusiya Federasiyasının Qazaxıstan və bir sıra Afrika ölkələrindəkı səfiri olub, SSRİ Xarici İşlər Nazirliyi və Rusiyanın mərkəzi aparatında müxtəlif vəzifələrdə çalışıb.
Hazırda 60 yaşlı Merzlyakov ATƏT-in Minsk Qrupunda fəaliyyətini başa vurmaq üzrədir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: