Minsk'in İrəvandaki görüşləri pozitiv olub
03 Mart 2009 Çərşənbə Axşamı 17:10
Bu bəyanatla Bakıda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri çıxış edib

«Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik edən ATƏT-in Minsk qrupu həmsədrlərinin İrəvanda keçirdikləri görüşlər çox pozitiv və əhəmiyyətli olub». Bu bəyanatla Bakıda səfərdə olan həmsədrlər çıxış edib. Fransalı həmsədr Bernar Fasyenin sözlərinə görə, həmsədrlər İrəvandakı görüşlərinin nəticələrini Bakıdakı görüşlərdə müzakirə edəcəklər. Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün baş tutub-tutmayacağı da müzakirələr zamanı dəqiqləşəcək: «Hər iki tərəfdən xoş məram hiss etdik. İrəvana səfər zamanı Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı müzakirələr aparıldı. İrəvanda keçirdiymiz görüşlərin nəticələrini Azərbaycan prezidenti İlham Əliyevlə müzakirə etməyi planlaşdırırıq. Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün baş tutub-tutmayacağı, həmçinin vaxtı həmsədrlərin İlham Əliyevlə bu gün keçiriləcək danışıqlarından sonra dəqiqləşəcək».
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza isə bildirib ki, danışıqlar çətin keçib, ancaq çox əhəmiyyətli görüşlər olub: «Biz prezidentlə görüşəcəyik. Düzdür, əvvəllər danışıqlara təhlükə var idi. Lakin xoşbəxtlikdən danışıqlar prosesi davam etdirilir. Qarabağ əhalisinə gəldikdə isə, mən deyə bilərəm ki, onlar faktiki bu məsələdə rol oynayırlar. Biz vaxtaşırı Qarabağda olanda onlara və QHT nümayəndələrinə gedən proseslər barədə məlumatlar veririk. Bu, satqınlıq deyil. Bu məlumatları əldə etmək onların haqqıdır. Onlar baş verənlərdən və gedən proseslərdən narahat olmamalıdırlar». /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar