Somali paytaxtı Moqadişoda “Əş-Şəbaab” və "Hizb-ul-İslam" ekstremist qruplaşmaları döyüşçüləri ilə hökumət qoşunları arasında səngimək bilməyən döyüşlər minlərlə somalilini ölkəni tərk edərək Yəmənə qaçmağa məcbur edib. ANS PRESS-in “CNN”ə istinadən verdiyi xəbərə görə, may ayından başlayaraq təqribən 12 min nəfər ölkənin şimalına qaçıb. Onlar orada qaçaqmalçıların Ədən körfəzi vasitəsilə təhlükəli səyahət təkliflərini gözləyir.
Xatırladaq ki, 2008-ci ildə Yəmən sahillərinə Somalidən 50 mindən artıq insan axışıb gəlib ki, bu da bir il əvvəlkinə nisbətdə 70 faiz çoxdur. /ANS PRESS/