“Minillliyin çağırışı” proqramı Ermənistanın maliyələşdirilməsini dayandırdı
16 Aprel 2011 Şənbə 00:54
Səfir: “seçkilər, eləcə də bir sıra başqa səbəblərdən Ermənistanın göstəriciləri fondun tələblərinə cavab vermir”.
“Ermənistan hələlik “Minillliyin çağırışı” proqramına müraciət edə bilməz”. Bunu ABŞ-ın Ermənistandakı səfiri Mari Yovanoviç deyib. Onun sözlərinə görə, seçkilər, eləcə də bir sıra başqa səbəblərdən Ermənistanın göstəriciləri fondun tələblərinə cavab vermir.
Ermənistanda beş illik “Minilliyin çağırışı” proqramı bu ilin sentyabrında başa çatır. Korporasiyanın Direktorlar Şurası hələ 2009-cu ilin iyununda Ermənistanda yol tikintisi proqramının (təxminən 68 milyon dollar) dayandırılması barədə qərar qəbul edib. Proqram çərçivəsində 350 kilometrə yaxın kənd yollarının bərpası nəzərdə tutulurdu. O vaxtdan Ermənistanda yalnız kənd yerlərində irriqasiya sisteminin bərpası proqramı yerinə yetirilir.
Xatırladaq ki, Ermənistanda 1 mart 2008-ci il faciəli hadisələrindən sonra - martın 11-də “Minilliyin çağırışı” korporasiyasının icraçı direktoru Con Daniloviç Ermənistanın ikinci prezideti Robert Koçaryana məktub göndərmişdi. Məktubda deyilir ki, əgər Ermənistanda ciddi siyasi geriləmə mövcuddursa, “Miniliyin çağırışı” korporasiyasının Ermənistanla bağlanmış müqavilənin icrasını dayandırmaq hüququna malikdir. Bu məktub rəsmi İrəvan üçün həm də bir xəbərdarlıq idi ki, 1 mart 2008-ci il hadisələri korporasiyanın Ermənistanda maliyyələşdirdiyi layihələrə mənfi təsir göstərə bilər.
ABŞ-ın İrəvandakı səfiri gələcəkdə Ermənistanda “Minilliyin çağırışı” fondunun yeni proqramının icrasına başlanıla biləcəyini istisna etməyib. Onun sözlərinə görə, bunun üçün Ermənistanda fondun tələblərinə cavab verməyən göstəricilər yaxşılaşdırılmalı, xüsusilə, yaxşı idarəetmə sahəsində irəliləyiş olmalıdır. Mari Yovanoviç “yaxşı idarəetmə”nin hansı anlamı daşıdığını da izah edib: “İndi Ermənistanda seçkiqabağı mərhələnin başladığı bir dövrdə bu göstəriciləri yaxşılaşdırmaq olar. Gələn il parlament, 2013-cü ildə isə prezident seçkiləri keçiriləcəkö. Əlbəttə, prezident seçkiləri əhəmiyyətli göstəricidir. Amma KİV, toplaşma azadlıqları və digər məsələlər də yaxşı idarəetmənin əsasını təşkil edir”. anspress
DOSTLARINLA PAYLAŞ: