Minaya düşən erməni zabitin ayaqları kəsildi
05 Sentyabr 2014 Cümə 19:38
Azərbaycanın Tovuz rayonu ilə sərhədə mina yerləşdirən ermənilər özləri partlayır.
Ermənistanın Tavuş ərazisində mina partlayışı nəticəsində yaralanan erməni zabiti əməliyyat olunub.

ANS PRESS-in məlumatına görə, 47 yaşlı Vardan Avaqyanın ayaqları dizdən aşağı amputasiya olunub. Bu haqda Ermənistanın Berdsk hospitalının müdiri Edik Qriqoryan bildirib.

Onun sözlərinə görə, ayaqları kəsilən zabit sağalanadək hospitalda qalacaq.

Xatırladaq ki, sentyabrın 4-də Tavuş ərazisində minaya düşən Ermənistan ordusunun leytenantı Noraşen kənd sakini Vardan Avaqyan olub.

Faktla bağlı araşdırma aparılır.



DOSTLARINLA PAYLAŞ:

oyunlar