Milyarder derzi dünyasını deyişdi
16 Avqust 2013 Cümə 18:14
İspaniyanın en varlı qadını olan Rozaliya Mera “Zara”nın yaradıcılarından biri idi.
İspaniyada 69 yaşında tanınmış geyim brendi “Zara”nın yaradıcılarından biri, İspaniyanın ən varlı qadını Rozaliya Mera dünyasını dəyişib. ANS PRESS “Forbes” jurnalına istinadən bildirir ki, Mera qızı ilə Menorka adasında istirahət edirmiş. Avqusutun 14-də onu insult vurub.
Mera 1944-cü ildə anadan olub. 11 yaşında o, məktəbi ataraq dərzi işləməyə başlayıb. “Forbes”in məlumatına görə , onun var-dövləti 6,7 mlrd dollar səviyyəsində qiymətləndirilir.
DOSTLARINLA PAYLAŞ: