Milli Tehlükesizlik Agentliyi selahiyyetlerini aşır
17 Avqust 2013 Şənbə 04:35
Konqres terefinden elave selahiyyetler verilmesinden sonra Milli Tehlükesizlik Agentliyi özel heyat qanunlarını pozub.
ABŞ-ın mətbuat orqanı Milli Təhlükəsizlik Agentliyinə aid daxili audit və başqa məxfi sənədləri əldə etdiyini deyib. Məlumata görə, 2008-ci ildə Konqres tərəfindən əlavə səlahiyyətlər verilməsindən sonra agentlik özəl həyat qanunlarını pozub və dəfələrlə səlahiyyətini aşıb.

Vaşinqton Post yazır ki, qanun pozuntularına Amerika vətandaşlarına və ya ABŞ-da fəaliyyət göstərən xarici kəşfiyyət orqanlarına icazəsiz nəzarət daxildir.

Vaşinqton Post Milli Təhlükəsizlik Agentliyinin sabiq kontraktoru Edvard Snoudenin bir həftə əvvəl sənədləri mətbuat orqanına təqdim etdiyini deyib. Məlumata görə, sənədlərə Konqres və ya özəl məhkəmə ilə paylaşılmayan məlumatlar daxildir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar