Milli Şura müxalifətin qərarına qarşı çıxdı
15 Oktyabr 2013 Çərşənbə Axşamı 00:23
Cenevrə-2 konfransında iştirak qərarı Suriya müxalifətini parçaladı.
Suriyada müxalifət qurduğu siyasi koalisiya qüvvələri arasında ciddi narazılıqlar yaranıb.

ANS PRESS-in xarici mətbuata istinadən verdiyi xəbərə görə, özlərini Suriya Milli Şurası adlandıran bəzi qruplar, Milli Koalisiyada təmsil olunan tərəfdaşlarını hədələyiblər. Onlar bidiriblər ki, tərəfdaşlarının "Cenevrə-2" konfransına qatılacağı təqdirdə koalisiyadan çıxacaqlar.

Qeyd edək ki, bir neçə gün əvvəl Corc Sabranın rəhbərliyi ilə toplanan şura, koalisiya rəhbəri Əhməd Carbanın "Cenevrə-2" konfransında iştirak edəcəyi ilə bağlı qərarına dərhal etiraz etdi.

114 nəfərdən ibarən Milli Koalisiya tərkibində fəaliyyət göstərən və ən böyük qrup sayılan Milli Şura, baykot qərarına üç gün bundan əvvəl İstanbulda keçirilən iclas zamanı gəlib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar