Milli Bank hökumətə imtina etdi
21 Yanvar 2010 Cümə Axşamı 14:55
Ukraynanın milli bankı hökumətə 2 milyard dollar ayırmayacaq
Ukrayna Milli Bankı hökumətə 2 milyard dollar ayırmaqdan imtina edib. Söhbət Rusiyadan alınan təbii qazın ödənişindən gedir. Milli Bank bu qərarını “Milli Bank haqqında” qanuna uyğun olmaması ilə əsaslandırıb.

Ukrayna maliyyə nazirinin vəziflərini icra edən İqor Umanskinin sözlərinə görə, Ukrayna Rusiyadan yanvarda aldığı qazın pulunu əsasən istehlakçılardan yığılan vəsait hesabına ödəyəcək.

Xatırladaq ki, fevralın 7-dən Ukrayna ilk dəfə Rusiyaya qaz pulunu Avropa qiymətləri ilə ödəyəcək. Başqa sözlə, qazın 1000 kubmetrinin qiyməti 209 dollardan 305-a qaldırılır. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar