Millət vəkilliyinə namizəd öldürüldü
11 İyun 2011 Şənbə 01:25
İki gündür itkin düşən namizədin cəsədini kəndin çobanı tapıb
Türkiyədə iyunun 12-də keçiriləcək parlament seçkisində Demokratik Sol Partiyanın (DSP) deputatlığa namizədi Bedri Aydın ölıdürülüb. Bitlis vilayətndən namizəd olan 33 yaşlı Aydının cəsədi vilayətin Hizan rayonundakı çöllük ərazidən tapılıb. Qeyd edək ki, Hizanda yaşayan və 2 gündür itkin düşən namizədin cəsədini kəndin çobanı taparaq jandarm dəstəsinə xəbər verib.

Cəsədin tapıldığı yerdə olan polis və hüquq mühafizə orqanları hadisənin baş verdiyi yerdən “Kalaşnikov” silahına aid gilizlər aşkarlayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar