Millət vəkili yumurta atəşinə tutulub
08 Dekabr 2010 Çərşənbə 17:40
Tələbələr deputatın çıxışına imkan vermədi
Türkiyədə daha bir millət vəkili yumurta atəşinə tutulub. Türk mətbuatının məlumatına görə, hakim Ədalət və İnkişaf Partiyasından olan millət vəkili və Türkiyə Böyük Millət Məclisinin Konstitusiya komissiyasının rəhbəri Burhan Kuzu Ankara Universitetinin siyasi elmlər fakültəsində keçirilən "Türkiyədə konstitusiya" adlı tədbirə qatılıb. Lakin o çıxışına başlamamış bir qrup tələbə plakatlar açaraq, şüarlar səsləndirməyə başlayıb. Tələbələr B.Kuzuya yumurta, tualet kağızı atıb. Mühafizəçilər millət vəkilini atılan əşyalardan qorumaq üçün çətirlər açıb. O, bir müddət çətirin altında gözləyib. Lakin etiraz aksiyasının başa çatmadığını görəndə, çıxışına başlamamış salonu tərk edib.

Qeyd edək ki, tələbələr Dolmabahçedə ötən həftəsonu polisin hücumuna məruz qalan tələbələrin şəkillərini əllərində tutub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar