Arif Albayraq bu addımı ilə ölkədə benzinin bahalaşmasına etirazını bildirib
Şimali Kipr Türk Respublikası (KKTC) anamüxalifətdə olan Cumhuriyyətçi Türk Partiyasının (CTP) millət vəkili Arif Albayraq ötən gün parlamentə boynuna dövlət nömrə nişanı asılmış uzunqulaqla gedib. Millət vəkili bu addımı ilə ölkədə benzin qiymətlətrinin mütəmadi bahalaşmasına, hökumətin bəzi qərarlarına və nazirlər kabimnetinin qərarı ilə nazirlər üçün yeni xidməti avtomobillərin alınmasına etiraz etdiyini bildirib. Uzunqulağı hakim Milli Birlik partiyası üzvlərinə aid avtomobil dayanacağına bağlayan Albayraq burda mətbuata açıqlama verib. Millət vəkili daha sonra eşşəyin noxtasından tutaraq parlamentdən uzaqlaşıb.