Milis tarixin arxivinə qovuşur?
06 Avqust 2010 Cümə 18:00
Dmitri Medvedev maraqlı təkliflə çıxış edib.
Rusiya prezidenti Dmitri Medvedev təklif edib ki, milisin adı dəyişdirilsin. Bu adın yerinə inqilaba qədər ölkədə mövcud olan polis adının qoyulması məsləhət bilinib.

“Bizə peşəkar adamlar lazımdır. Elə adamlar ki, onlar öz işlərini effektli, ədalətli yerinə yetirsinlər. Buna görə də mən hesab edirəm ki, hüquq-mühafizə orqanlarına öz adını-polis adını qaytarmağın vaxtı çatıb”, - deyə o vurğulayıb.

Qeyd edək ki, bu fikirləri Rusiya prezidenti “Milis haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı keçirilən müşavirədə deyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar