Milçək 42 yaşlı kişini öldürdü
28 İyul 2013 Bazar 11:25
Kiçik bir milçəyin onu öldürdüyünə inana bilmirəm
İngiltərədə yaşayan Andi adlı kişi qeyri-adi şəkildə həyatını itirib. 42 yaşlı kişi qızı ilə birlikdə at sürməyə gedib. O, qızını ata mindirdikdən sonra onu izləməyə başlayıb. Həmin anda bir at milçəyi Andini dişləyib. Andi nə olduğunu anlamadan qışqırıb, çox keçmədən yerə yıxılıb və ölüb. Hadisə yerinə gələn həkimlər kişinin at milçəyinin dişləməsindən şok keçirərək öldüyünü deyiblər. Andinin işlədiyi yerin müdiri isə onun haqqında bu sözləri deyib: “Andi 1,80 metr hündürlüyündə, yaraşıqlı bir adam idi. Bütün ağırlıqları qaldıra bilirdi. Kiçik bir milçəyin onu öldürdüyünə inana bilmirəm. Onun ölümü bizi şoka saldı”.

Məlumat üçün bildirək ki, at milçəkləri xəstəliklər və parazitlər daşıdıqları üçün çox təhlükəli olurlar. At milçəyinin dişləməsi infeksiyaya, şişkinliklərə səbəb ola bilər. Amma çox nadir hallarda insanı öldürür.


DOSTLARINLA PAYLAŞ:

oyunlar