Milan şəhəri siçovulların hücumuna məruz qalıb
28 Avqust 2010 Şənbə 14:10
Milan şəhərinin küçələrinə milyonlarla gəmiriçi daraşıb.
İtaliyanın Milan şəhərinin tarixi hissəsinə milyonlarla siçovul daraşıb. Siçovullar yerli əhali və bu şəhərə gəlmiş turistlər arasında vahimə yaşanmasına səbəb olub. Gəmiricilərə Milanın məşhur Brera rayonu ərazisində daha çox müşahidə olunub.
Bu rayonda yaşayış sahəsinin bir kvadratmetrinin dəyəri təqribən 8 min avrodur. Ehtimala görə şəhərə daraşan siçovulların sayı 3-13 milyon arasındadır.
Yaxın günlərdə “çağırılmamış qonaqların” sayının artaraq 15 milyona çatacağı ehtimal edilir. Hazırda mütəxəssislər siçovulları şəhərdən uzaqlaşdırmağın yollarını axtarmaqla məşğuldur.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: