“Microsoft”un 9 yaşlı mühəndisi 312 səhifəlik kitab yazıb
19 May 2010 Çərşənbə 03:50
Marko 7 yaşında ikən onu test edən həkim zehninin 12 yaşlı uşağın səviyyəsində olduğunu bildirmişdi.
“Microsoft”un dünya üzrə ən cavan mühəndisi olan Marko Kalasanın sadəcə 9 yaşı var. Hazırda əlində “Microfoft”a aid 4 sertfikatı olan Kalasan “Windows 7” barədə 312 səhifəlik kitab da yazıb. Vaxtını əsasən məktəbin kompüter laboratoriyasında keçirən Marko hazırda 3 dildə sərbəst danışır və 4-cü dili öyrənir.

Qeyd edək ki, Marko 7 yaşında ikən onu test edən həkim zehninin 12 yaşlı uşağın səviyyəsində olduğunu bildirmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar