Microsoft meneceri şirkəti soyub
28 Yanvar 2011 Cümə 17:35
Microsoft şirketin keçmiş əməkdaşı 500 min dollar mənimsəyib.
Dünyanın ən iri proqram təminatçısı olan “Microsoft” şirkətinin yarım milyon dollar həcmində vəsaiti oğurlanıb. “Computerworld” yazır ki, şirkətin inkişaf üzrə keçmiş meneceri Robert D.Kerri həmin məbləği mənimsəməkdə ittiham edilir və artıq şirkət rəhbərliyi bununla bağlı məhkəməyə müraciət edib. Məlumata görə, şirkət Kerrini 460 min avro, eləcə də onun bu hiyləsinin üstü açılanadək yarım milyon dolları oğurlamaq cəhdində də günahlandırılır.

Qeyd edək ki, Robert Kerri “Microsoft”da 5 il müddətində işləyib və 2011-ci ilin 13 yanvarında işdən çıxarılıb. Şirkət Robert Kerridən oğurladığı bütün pulları ödəməyi tələb edir. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar