MHP lideri Axdamardakı ayinə qarşı Qarsda namaz qılacaq
28 Sentyabr 2010 Çərşənbə Axşamı 15:45
Dövlət Baxçalı kilsədən məscidə çevrilən ibadət ocağında cümə namazı qılacaq.
Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçeli Vandakı Axdamar kilsəsində ermənilərin keçirdiyi ayinə qarşı addım atmağa hazırlaşır. O, Qarsda kilsədən məscidə çevrilən Fəthiyə Məscidində namaz qılacaq. Bahçeli bu barədə partiyasının bölgə rəhbərlərinin toplantısında elan edib.
MHP lideri parlamentin açılacağı 1 oktyabrda Türkiyə Böyük Millət Məclisində deyil, Qarsdakı Ani Xarabalıqlarında olacaq. O, 1064-cü ildə Alparslan tərəfindən fəth edilərək kilsədən məscidə çevrilən ibadət ocağında cümə namazı qılacaq.
Onun bu qərarı uzun müddət ayaqüstə alqışlanıb. MHP lideri "Parlament açılan günü mən orada olacağam" deyə bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: