Meymunlar kəndə hücum etdi, xeyli yaralı var
31 Yanvar 2013 Cümə Axşamı 06:00
10 meymunun törətdiyi hadisə nəticəsində 7 nəfər kənd sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İndoneziyanın Cənubi Sulavesi əyalətində bir dəstə vəhşi meymun yaxınlıqda olan kəndə hücum edib. Sidendenq Rappanq bölgəsi rəsmiləri bildirib ki, hadisə Toddanq Pulu kəndində meydana gəlib. Məlumata görə, 10 meymunun törətdiyi hadisə nəticəsində 7 nəfər kənd sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan 16 yaşlı bir oğlanın vəziyyəti ağırdır. Əslində insanlardan qorxan bu meymunların insanlara hücum etməsinin səbəbləri hələlik bilinmir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar