Meyiti təyyarəyə mindirmək istəyərkən həbs olundular
07 Aprel 2010 Çərşənbə 18:15
İki alman əlavə xərclərdən yaxa qurtarmaq üçün bu yola əl atıb.
Ölmüş həyat yoldaşının cəsədini İngiltərədən öz vətəninə aparmaq üçün alman əsilli bir qadın qeyri adi üsula əl atıb. Alman mətbuatının verdiyi xəbərə görə təyyarədə meyitlərin aparılması üçün 3 min 300 avroluq xərcdən yaxa qurtarmaq istəyən 66 yaşlı qadın ölmüş ərini əlil arabasında təyyarəyə mindirmək istəyib.

Biletlərin yoxlanılması zamanı “Easyjet” uçuş şirkətinin əməkdaşı sərnişindən səhhətinin necə olmasını soruşub. Suallarına cavab almayan şirkət əməkdaşı həkim briqadası çağırıb. Tibb işçilərinin apardığı yoxlama zamanı isə 91 yaşlı kişinin 24 saat əvvəl dünyasını dəyişdiyi məlum olub. Cəsədi təyyarəyə mindirmək istəyən qadın və onun ögey qızı İngiltərənin Liverpool John-Lennon hava limanında həbs ediliblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar