Meyiti tabuta qoymağı unutdular
09 Avqust 2014 Şənbə 04:08
Mərhumu dəfn etmək istyən kəndlilər tabutun qapağını açanda şoka düşüblər.
Türkiyədə vəfat etdikdən sonra yuyulmaq və kəfənlənmək üçün məscidə aparılan qadının meyiti unudularaq burda qalıb. ANS PRESS-in xəbərinə görə, hadisə Uşak vilayəti, Banaz rayonuna bağlı Hatıplar kəndində baş verib.

Məlumata görə, 75 yaşlı Həlim Təkin yuyulub kəfənləndikdən sonra cənazə namazı qılınaraq kəndin 3 kilometrliyindıki qəbristanlığa aparılıb. Burda mərhumu dəfn etmək istyən kəndlilər tabutun qapağını açanda şoka düşüblər.

Məlum olub ki, kəfənlənmiş meyit qüsul otağında unudulub, kənd sakinləri cənazə namazını boş tabuta qılıblar və qəbristanlığa da həmin boş tabutu gətiriblər.

Kəndə qayıdan sakinlər mərhumu tabuta qoyaraq cənazə namazını yenidən qılıblar və onu torpağa tapşırıblar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar