Mexikoda təkcinsli nikahlara icazə verildi
22 Dekabr 2009 Çərşənbə Axşamı 02:50
Bu barədə qanun layihəsinin lehinə 30, əleyhinə 20 deputat səs verib
Meksikanın paytaxtı Mexikonun bələdiyyə şurası eyni cinslilər arasında nikahı qanuniləşdirib. Bu barədə qanun layihəsinə 30 deputat səs verib. 20 nəfər təklifin qəbul olunmasına qarşı çıxıb, 5 nəfər isə bitərəf şalıb.
Mexiko Latın Amerikasında təkcinsli nikahların qanuniləşdirildiyi ilk şəhər olub. Ümumilikdə dünyada belə nikahlara cəmi 7 ölkədə və ABŞ-ın bir neçə ştatında icazə verilib. Düzdür, bəzi ölkələrdə eyni cinsdən olan şəxslər arasında ittifaqa icazə var. Amma belə ittifaqların iştirakçıları tam ər-arvad hüquqlarına malik deyillər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: