ABŞ dövlət katibinin Qafqaz məsələləri üzrə köməkçisi müxalifət liderləri -İrakli Alasaniya və Nino Burcanadze ilə də görüşüb
«Gürcüstanda aprelin 9-na planlaşdırılmış mitinq dinc şəraitdə keçəcək. Hər kəsin dinc yolla etirazını bildirmək hüququ var. Bu, demokratiyanın tələblərindən biridir». Bunu hazırda Gürcüstanda olan ABŞ dövlət katibinin Qafqaz məsələləri üzrə köməkçisi Meytu Brayza deyib. Amerikalı diplomat müxalifət liderləri -İrakli Alasaniya və Nino Burcanadze ilə də görüşüb. Yeri telekanallara müsahibəsində Brayza bildirib ki, gürcü xalqı demokratiyanın tələb etdiyi hüquqlarından istifadə edərək, ölkədə demokratiyanın inkişafına yardım edir. Onun sözlərinə görə, Gürcüstanda demokratiyanı qurmaq üçün Nino Burcanadze və İrakli Alasaniya bir neçə il bir yerdə işləyib və onların hər ikisi bu yolda çox böyük töhfələr veriblər. «Mən hesab edirəm ki, Seçki Məcəlləsi, məhkəmə sistemi və digər bir sıra məsələlərlə bağlı böyük işələrin aparılmasına ehtiyac var. Mən istərdim ki, onlar enerjilərini bu məsələ üzərində işə sərf etsinlər».
/ANS TV/