Metyu Brayza Ərdoğanı tənqid etdi
07 İyun 2013 Cümə 11:10
Metyu Brayza: Ərdoğan anlamalıdır ki, Türkiyədə seçicilərin yarısı ona səs verməyib.
“Türkiyədə hazırda baş verən hadisələr gələcəkdə bu ölkədə demokratiyanın inkişafı üçün pozitiv bir addıma çevrilə bilər. Amma bir şərtlə ki, baş nazir Ərdoğan güzəştə getsin”.

APA-nın xəbərinə görə, bu sözləri Bakıda jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib. O bildirib ki, hələlik Rəcəb Tayyib Ərdoğan ölkədə yeganə nüfuzlu lider olduğunu göstərmək istəyir, amma unudur ki, demokratik bir cəmiyyətdə müxalifətin də fikrini nəzərə almaq lazımdır: “Ərdoğan anlamalıdır ki, Türkiyədə seçicilərin yarısı ona səs verməyib. Demokratik cəmiyyətdə hər bir baxışa diqqət yetirilməlidir. Lakin hesab edirəm ki, baş verənlər “türk baharı” deyil”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar