Metyu Brayza: “ABŞ Azərbaycanda demokratik təsisatların möhkəmlənməsində maraqlıdır”
21 Dekabr 2011 Çərşənbə 02:25
ABŞ-ın Azərbaycandakı səfiri Mərkəzi Seçki Komissiyasında olub
ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ilə görüşüb. MSK-nın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, səfir qeyd edib ki, ABŞ Azərbaycanın dostu olaraq bu ölkədə demokratik təsisatların möhkəmlənməsində maraqlıdır.
MSK sədri Azərbaycanın strateji tərəfdaşı olan ABŞ-ın ölkəmizdəki səfirliyi ilə rəhbərlik etdiyi qurum arasındakı əməkdaşlıqdan məmnunluğunu bildirərək vurğulayıb ki, demokratiyanın inkişafı ilə bağlı hər iki tərəfin fikirləri üst-üstə düşür. Sədr səfirin xahişi ilə Azərbaycan Respublikasının seçki sistemi və seçki praktikasının təkmilləşdirilməsi istiqamətində görülən işlər, noyabrın 30-da keçirilmiş bəzi bələdiyyələrə əlavə, təkrar və yeni seçkilər barədə məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə də fikir mübadiləsi aparılıb.
DOSTLARINLA PAYLAŞ: